EN

İlon Maskın sərvəti 500 milyard dolları ötüb

İlon

Dünyaca məşhur olan "Tesla", "SpaceX" və "X" kimi böyük şirkətlərin sahibi İlon Maskın sərvəti 500 milyard dollara çatıb. Bu rəqəm "Forbes" nəşrinin "Real-Time Billionaires" reytinqində açıqlanıb.

Reyting.az
xəbər verir ki, Maskın sərvətinin artımı "Tesla" səhmlərinin yüksəlişi ilə bağlıdır. 01 oktyabrda iş adamının sərvəti bir anın içində 500 milyard dolları keçsə də, günün sonunda 499,1 milyard dollar təşkil edib.

Maskın biznes fəaliyyəti ilə bağlı araşdırma aparan "Bloomberg" agentliyinin təqdim etdiyi hesablamalarda isə bildirilir ki, onun sərvəti 470 milyard dollardır. Bununla belə, qəbul olunmuş statistikaya əsasən, hər iki reytinqdə birinci şəxs İlon Mask, ikinci yerdə isə Amerikanın “Oracle" şirkətinin həmtəsisçisi Larri Ellisondur.

"Forbes" jurnalının proqnozuna görə, yaxın gələcəkdə, təxminən 2033-cü ilə qədər Mask sürətlə varlanan bir iş adamı kimi dünyanın ilk trilyonçusu olacaq.

Oqtay QORÇU

Chosen
28
1
reyting.az

2Sources