EN

Demokratlar ABŞ-də şatdaunla bağlı ittihamların araşdırılmasını tələb edir

Müxalifət nümayəndələri Ağ Evi qanunsuz siyasi təbliğatda suçlayır...

Poliqon xəbər verir ki, ABŞ Konqresinin Nümayəndələr Palatasının Nəzarət Komitəsindəki baş demokrat Robert Qarsia, icraçı xüsusi prokuror Ceymison Qriri Ağ Evə qarşı istintaqa başlamağa çağırıb. Onun sözlərinə görə, federal qurumların – o cümlədən Mənzil və Şəhərsalma Nazirliyinin – rəsmi veb-saytlarında yerləşdirilən və hökumətin bağlanmasına görə demokratları günahlandıran bannerlər "Hetç Qanunu"nun pozulması deməkdir.

Qanuna əsasən, federal qulluqçulara siyasi fəaliyyətlə məşğul olmaq qadağan edilir. Demokrat nümayəndə hesab edir ki, "Konqresdəki radikal solçular hökumətin fəaliyyətinə son qoydu" kimi ifadələr administrasiyanın siyasi təzyiq kampaniyasının tərkib hissəsidir. Onun fikrincə, bu cür bəyanatlarla Donald Tramp administrasiyası, maliyyə və iş yerlərinin ixtisarı təhlükəsi ilə üz-üzə qalan mərkəzçi demokratlara təzyiq göstərməyə çalışır.

Ağ Evin mətbuat katibi Ebiqeyl Cekson isə açıqlamasında administrasiyanın qanunları pozmadığını iddia edib. O bildirib ki, hökumət “sadəcə həqiqəti ictimaiyyətlə bölüşür”.

Məsələ Vaşinqtonda ciddi siyasi qarşıdurmaya səbəb olub. Demokratlar bunu açıq-aşkar siyasi manipulyasiya kimi qiymətləndirir, respublikaçılar isə hökumətin fəaliyyətinin dayandırılmasına görə məsuliyyətin məhz demokratların üzərində olduğunu vurğulayırlar.

Poliqon.info

Chosen
9
poliqon.info

1Sources