EN

Bollivud ulduzu Şahrux Xan ilk milyarder Hindistan aktyor oldu

59 yaşlı məşhur aktyorun sərvəti 1,4 milyard dollara çatıb...

Poliqon xəbər verir ki, Hindistanın ən tanınmış aktyorlarından biri, 59 yaşlı Şahrux Xan ilk dəfə olaraq Bollivuddan çıxan milyarder kimi tarixə düşüb. BBC-nin məlumatına görə, bu barədə Hindistanın ən zəngin insanlarının illik Hurun India Rich List 2025 reytinqində bildirilib. Siyahıya əsasən, aktyorun sərvəti 1,4 milyard ABŞ dolları həcmində qiymətləndirilir. Bu göstərici onun sərvətini dünya ulduzları — Arnold Şvartsenegger, müğənnilər Rihannə və Teylor Svift, eləcə də qolfçu Tayqer Vuds ilə eyni səviyyəyə çıxarır.

Mütəxəssislər hesab edir ki, Şahrux Xanın milyarderlər sırasına qoşulması Hindistan iqtisadiyyatının dəyişən inkişaf dinamikasının göstəricisidir. Əgər əvvəllər ölkədə sərvət əsasən sənaye, informasiya texnologiyaları və bank sektoru kimi ənənəvi sahələrdə formalaşırdısa, indi idman, əyləncə və intellektual mülkiyyətə əsaslanan biznes də "var-dövlətin hərəkətverici qüvvələri" kimi çıxış edir.

Şahrux Xan artıq 30 ildən çoxdur ki, Hindistanın ən populyar simalarından biri olaraq qalır. Onun əsas gəlir mənbələri şəxsi prodüserlik şirkəti Red Chillies Entertainment və sahibi olduğu kriket klubu Knight Rider Sports-dur. Bundan əlavə, kino və reklam layihələrində iştirakdan, həmçinin daşınmaz əmlaka yatırımlarından da böyük gəlir əldə edir.

Mütəxəssislər hesab edir ki, Xanın uğuru Hindistanda əyləncə sənayesinin sürətlə artan iqtisadi rolunu bir daha nümayiş etdirir və yaxın illərdə bu sahədə milyarderlərin sayının daha da çoxalacağı gözlənilir.

Poliqon.info

Chosen
4
poliqon.info

1Sources