EN

Ukrayna millisinin Azərbaycanla oyun üçün heyəti açıqlandı

Ukrayna yığmasının DÇ-2026-nın seçmə mərhələsində İslandiya və Azərbaycan milli komandalarına qarşı keçirəcəyi oyunlar üçün heyəti açıqlanıb.

Publika.az xəbər verir ki, baş məşqçi Sergey Rebrov D qrupu çərçivəsində oktyabrın 10-da Reykyavikdə İslandiya, 13-də isə Krakovda Azərbaycan millisinə qarşı baş tutacaq matçlara 25 futbolçu dəvət edib.

Qeyd edək ki, Ukrayna - Azərbaycan qarşılaşması oktyabrın 13-də, Bakı vaxtı ilə saat 22:45-də “Krakoviya” stadionunda keçiriləcək.

Qapıçılar: Georgi Buşan (“Polissya”), Anatoli Trubin (“Benfika”, Portuqaliya), Dmitro Rıjnik (“Şaxtyor”);

Müdafiəçilər: İlya Zabarnı (PSJ, Fransa), Aleksandr Svatok (“Ostin”, ABŞ), Valeri Bondar, Mikola Matvienko, Yuxim Konoplya (hamısı “Şaxtyor”), Aleksandr Timçik (“Dinamo”), Vitali Mikolenko (“Everton”, İngiltərə), Boqdan Mixayliçenko (“Polissya”);

Yarımmüdafiəçilər: Yeqor Yarmolyuk (“Brentford”, İngiltərə), İvan Kalyujnı (“Metallist 1925”), Mikola Şaparenko, Vladimir Brajko, Nazar Voloşin (hamısı “Dinamo”), Georgi Sudakov (“Benfika”, Portuqaliya), Artyom Bondarenko (“Şaxtyor”), Aleksey Qutsulyak, Aleksandr Nazarenko (hər ikisi “Polissye”), Viktor Tsiqankov (“Jirona”, İspaniya), Aleksandr Zubkov (“Trabzonspor”, Türkiyə), Ruslan Malinovski (“Cenoa”, İtaliya);

Chosen
30
19
publika.az

10Sources