Bakıda 55 yaşlı kişi tanışını bıçaqlayıb.
Hadisə Biləcəri qəsəbəsində baş verib.
Belə ki, 1970-ci il təvəllüdlü Ağa Cəfərov Biləcəri qəsəbəsində yerləşən kafenin qarşısında 1973-cü il təvəllüdlü Nüsrət Həsənovu bıçaqlayıb.
Binəqədi RPİ-nin əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində hadisəni törətmiş Ağa Cəfərov saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.