Bu gün Biləcəri ETSİ-nə daxil olan bir sıra ərazilərdə təmir-təftiş işləri ilə əlaqədar elektrik enerjisinin verilişində fasilə yaranacaq.
"Azəriqaz"dan Axar.az-a verilən məlumata görə, elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə 3 oktyabr tarixində Biləcəri Enerji Təchizatı və Satışı İdarəsi (ETSİ) ərazisində 6 kV-luq hava xəttində təmir-təftiş işləri aparılacaq.
Məlumata görə, bununla əlaqədar olaraq saat 10:00-dan saat 16:00-dək Biləcəri qəsəbəsinin bəzi hissələrində, Söyüdlər adlanan ərazidə və yeni yaşayış massivində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir-təftiş işləri başa çatdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.