EN

“Şturm” azarkeşlərindən “Reyncers”ə qarşı xüsusi pankart

ain.az, Dogru.az portalına istinadən məlumatı açıqlayır.

Avstriyanın “Şturm” klubunun azarkeşləri Avropa Liqasında “Reyncers”lə keçirilən oyunda maraqlı çıxış hazırlayıblar.

Doğru.az xəbər verir ki, fanatlar 2000/01 mövsümündə Çempionlar Liqasında “Şturm”un şotlandlara qalib gəldiyi oyuna istinad edən nəhəng pankart açıblar. Bannerdə həmin qarşılaşmada qol müəllifləri, baş məşqçi İvitsa Osim və futbolçu Sergey Yuran təsvir olunub.

Azarkeşlərin mesajında “Haydi, uşaqlar. Bir də bunu edin” şüarı yer alıb.

Qarşılaşma 2:1 hesabı ilə “Şturm”un qələbəsi ilə başa çatıb. Qeyd edək ki, Sergey Yuran 2000-2001-ci illərdə avstriyalıların heyətində çıxış edib.

DOĞRU.AZ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
12
1
dogru.az

2Sources