EN
  • AZ
  • RU
  • Night Mode
  • Homepage
  • Statistics
  • Sources
  • Rating
  • Weather
  • Currency
Topics
  • All topics
  • Politics
  • Economy
  • Society
  • Culture
  • War
  • Show business
  • Sport
  • Crime
  • World
  • Interview
  • Maraqlı
  • İKT
  • Other
  • Education
  • Auto
  • Tourism
  • Analytics
  • Biznes
  • phrase_var_article.multimedia
  • + More - Less
  • About us
  • Advertisement
  • Contact
  • More
    • User Terms
    • Support
Other
03.10.2025 ◦ 09:53
  • Smartbee
  • Report

Böyük Qayıdış Cəbrayıldan başladı – Tənzilə Rüstəmxanlı yazır

Tənzilə

4 oktyabr tarixində rəşadətli ordumuz cəbrayıllılara, o cümlədən, bütün xalqımıza böyük sevinc bəxş etdi. Cəbrayıl şəhəri də daxil olmaqla rayonun daha 9 kəndi erməni işğalından azad edildi.

Cəbrayıl rayonu ərazisində həyata keçirilən uğurlu hərbi əməliyyatlar nəticəsində bir şəhər, 80 kənd erməni işğalından azad edildi. Bununla da Cəbrayıl rayonu 27 illik işğaldan sonra azad edildi.

Hələ 2016-ci il Aprel döyüşlərində Cəbrayılın bir neçə vacib yüksəkliyi azad olunmuşdu ki, bu 2020-ci il 44 günlük müharibədəki Zəfərin başlanğıcı oldu. Zəfər yolumuz məhz Cəbrayılın azad olunmasından keçdi. Rəşadətli Azərbaycan Ordusu bu missiyanı şərəflə yerinə yetirib, 2016-cı ildə yarım qalmış zəfəri 2020-ci il də tamamladı.

Cəbrayıl əməliyyatının əhəmiyyəti, eyni zamanda, ondan ibarət idi ki, Cəbrayıl azad olunandan sonra o vaxt işğal altında olan digər rayonlara uğurlu əks hücumumuz mümkün olmuşdur.

Cəbrayıldan sonra Azərbaycan Ordusunun Xocavənd rayonunun cənub kəndləri və strateji Hadrut qəsəbəsi istiqamətində hərbi əməliyyatlar keçirməsi üçün geniş imkanlar yarandı. Üstəlik, Zəngilan, ondan sonra Qubadlı və Laçın rayonunun cənub hissəsi işğalçılardan azad edildi və Laçın dəhlizi Azərbaycanın nəzarətinə götürüldü.

Hazırda işğaldan azad olunan bütün ərazilərimizdə yenidənqurma və bərpa işləri gedir. Bütün bunlara cənab Prezident İlham Əliyev özü şəxsən nəzarət edir. Dövlət başçısı mütəmadi şəkildə Qarabağa səfərlər edərək, orada aparılan quruculuq işləri ilə yaxından tanış olur və tapşırıqlarını verir. Nəticədə, hər həftə yüzlərlə ailə öz dədə-baba yurdlarına qayıtmağın sevincini yaşayırlar.

Cəbrayıllılar da 30 illik həsrətin ardından öz doğma şəhərlərinə köçdükləri üçün çox sevinclidirlər. Böyük Qayıdışın da məhz Cəbrayıldan başlamasını xüsusi vurğulamaq lazımdır. Belə ki, bu tarixi prosesin təməli Cocuq Mərcanlı kəndinə qayıdışla başladı. Üstəlik, bu gün Cəbrayılda da, digər işğaldan azad olunan ərazilərdə də meqa layihələr həyata keçirilir. Eyni zamanda, Qarabağa qayıdan vətəndaşların rahat yaşayışı və orada işlə təmin olunması üçün bütün lazımi addımlar atılır.

Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”na əsasən, yenidən qurulan Cəbrayıl şəhərinə, respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, “pioner düşərgəsi”, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrin yola salınma prosesi davam etdirilir.

Xalqımızın bugünkü və gələcək nəsillərinin, Cəbrayıl rayon sakinlərinin 4 oktyabrı şəhərin azad edilməsi günü kimi bayram etməsi yurd, torpaq sevgisini daha da artıracaq, qələbə duyğusu yaradan dövlət rəhbəri ilə qürur duyacaqlar.

  • Ordu
  • Sevinc
  • Cəbrayıl
  • Işğaldan Azad
  • Hərbi Əməliyyatlar
Chosen
20
4
0
veteninfo.az

5Sources

  • newscenter.az
    Böyük Qayıdış Cəbrayıldan başladı ( 22001683)
  • newscenter.az
    Böyük Qayıdış Cəbrayıldan başladı ( 22001635)
  • interpress.az
    Böyük Qayıdış Cəbrayıldan başladı – Tənzilə Rüstəmxanlı yazır ( 21998626)
  • moderator.az
    Böyük Qayıdış Cəbrayıldan başladı – Tənzilə Rüstəmxanlı yazır ( 21998620)
  • veteninfo.az
    Böyük Qayıdış Cəbrayıldan başladı – Tənzilə Rüstəmxanlı yazır ( 21998566)
  • About us
  • Advertisement
  • User Terms
  • Support
  • Contact

Sign in to your account

Don't have an account? Sign up
Forgot password?
facebook login

Sign up

Do you have an account? Sign in
Log in with Facebook

Şifrəni bərpa et

Do you have an account? Sign in