ain.az, Reyting.az portalına istinadən məlumat verir.
Ukrayna səfirliyinin və Rumıniyadakı fəalların kampaniyası səbəbindən rusiyalı opera müğənnisi Anna Netrebkonun Kluj-Napokadakı çıxışı ləğv edilib.Reyting.az xəbər verir ki, bu barədə cümə axşamı səfirlik “Facebook” səhifəsində məlumat yayıb.Müğənninin oktyabrın 6-da Transilvaniya Filarmonik Orkestri ilə konsert verməsi, həmçinin Qeorqe Dima adına Milli Tibb Akademiyasının fəxri doktoru adını alması planlaşdırılırdı.Onun ifasının qarşısını almaq üçün Ukraynanın Rumıniyadakı səfirliyi Milli Musiqi Akademiyasının rektoru, Rumıniya qraflığı və dövlət qurumları, o cümlədən Rumıniya Xarici İşlər Nazirliyi və Mədəniyyət Nazirliyi ilə əlaqə saxlayıb, həmçinin vətəndaş cəmiyyəti nümayəndələrini prosesə cəlb edib.Bildirilir ki, Netrebkonun çıxışını ləğv etməklə Rumıniya tərəfi Rusiyanın “mədəni və incəsənət tədbirləri” adlanan hibrid təsirinə qarşı mübarizə kontekstində Ukrayna ilə anlaşma və həmrəylik nümayiş etdirib.V. QULİYEV
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.