EN

Polşa F-35 qırıcıları üçün ABŞ-dan AMRAAM raketləri alır

Polşa Müdafiə Nazirliyi ABŞ istehsalı olan AMRAAM raketlərinin alınmasını təsdiqləyib.

Müdafiə naziri Vladislav Kosiniak-Kamış jurnalistlərə açıqlamasında bildirib ki, söhbət F-35 qırıcıları üçün nəzərdə tutulmuş ən müasir AMRAAM-D tipli hava-hava raketlərindən gedir.

“Bu gün biz Polşa tərəfindən F-35 təyyarələri üçün ən müasir AMRAAM-D variantlı radarla idarə olunan raketlərin alınmasını təsdiqlədik. Varşava həm bu təyyarələri, həm də onlar üçün ən müasir silah sistemlərini əldə edir”, – deyə nazir vurğulayıb.

Onun sözlərinə görə, Polşa ABŞ-ın bu tip raketləri satdığı yeganə ölkədir. Lakin alınan raketlərin sayı və müqavilənin dəyəri açıqlanmayıb. Nazir yalnız bildirib ki, satınalma Silahlı Qüvvələrə Dəstək Fondu vasitəsilə maliyyələşdiriləcək.

Qeyd edək ki, Polşa bu yaxınlarda ABŞ-dan 32 ədəd F-35 qırıcısı sifariş edib. Təyyarələr hələ ki, Polşa Hərbi Hava Qüvvələrinin istifadəsinə verilməyib.

Chosen
2
veteninfo.az

1Sources