EN

Nizami Gəncəvinin Türkiyə türkcəsində iki əsərinin təqdimatı oldu

BAKI, 3 oktyabr. TELEQRAF

Azərbaycan mütəfəkkiri şairi Nizami Gəncəvinin “Xəmsə”sinə aid Türkiyə türkcəsinə tərcümə və nəşr edilmiş əsərlərinin Bakıda kitab sərgisində təqdimatı olub.

Teleqraf xəbər verir ki, Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən XI Beynəlxalq Kitab Sərgisi çərçivəsində Bakı Ekspo Mərkəzində Üzeyir Hacıbəyli təqdimat zonasında Nizami Gəncəvinin orijinaldan Türkiyə türkcəsinə tərcümə və nəşr olunmuş “Xəmsə”dən “Sirlər Xəzinəsi” və “İsgəndərnamə” əsərlərinin təqdimat mərasimi keçirilib.

“Xəmsə”nin orjinaldan Türk dilinə tərcüməsi və nəşri Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə reallaşdırılır və tərcümə Ərzurum Atatürk Universitetinin professoru Nimet Yıldırım tərəfindən həyata keçirilir.

Türkiyədə fəaliyyət göstərən Azərbaycan Mədəniyyət Mərkəzinin direktoru Samir Abbasov Nizami Gəncəvinin zəngin irsindən, dünya ədəbiyyatına təsirindən və Azərbaycan, Türk dünyası mədəniyyətindəki bəxş etdiyi töhfələr, bu istiqamətdə Azərbaycan Mədəniyyət Mərkəzinin layihələri barədə danışıb.

Mərasimdə moderator AMEA-nın Gəncə bölməsinin Nizami Gəncəvi Mərkəzinin direktoru, filologiya üzrə fəlsəfə doktoru Əlimuxtar Muxtarov dahi şairin əsərlərindən seçmələr təqdim edib, şeirlərini səsləndirib.

Daha sonra akademik, Azərbaycan Atatürk Mərkəzinin direktoru Nizami Cəfərov, Azərbaycan Dövlət Pedaqoji Universitetinin prorektoru, professor Mahirə Hüseynova çıxış edərək Nizami Gəncəvi zəngin yaradıcılığı, onun “Xəmsə”si, ədəbiyyata verdiyi töhfələr barədə danışaraq, şairin irsinin tanıdılması məqsədi ilə Türkiyədə həyata keçirilən layihələri təqdir ediblər.

Chosen
18
4
teleqraf.com

5Sources