EN

Azərbaycanda II Milli Rəqabət Forumu keçirilir

Bakıda II Milli Rəqabət Forumu keçirilir.

Milli.Az xəbər verir ki, forumun müasir rəqabət çağırışlarının müzakirəsində önəmli dialoq platformalarından biri olduğu diqqətə çatdırılıb, rəqabət siyasətinin iqtisadi inkişafda rolu, təbii inhisarların fəaliyyətinin tənzimlənməsi və onun ictimai faydasına dair geniş fikir mübadiləsi aparılıb.

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təşkilatçılığı ilə II Milli Rəqabət Forumu keçirilib. Tədbirdə millət vəkilləri, dövlət qurumları, biznes assosiasiyaları və özəl sektorun təmsilçiləri və digər maraqlı tərəflər iştirak ediblər.

Forum müasir iqtisadi şəraitdə rəqabət siyasətinin təhlili, təbii inhisarların fəaliyyətinin tənzimlənməsi, bu sahədə mövcud çağırışlar və ictimai maraqların qorunması, eləcə də effektiv və ədalətli bazar münasibətlərinin formalaşdırılması istiqamətində fikir mübadiləsinin aparılması məqsədilə təşkil olunub.

Tədbirdə Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov və Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev iştirak edirlər.

Milli.Az

Chosen
48
18
milli.az

10Sources