EN

Bakıda II Milli Rəqabət Forumu işə başlayıb

Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin təşkilatçılığı ilə II Milli Rəqabət Forumu keçirilir.

Day.Az xəbər verir ki, forumda rəqabət siyasətinin iqtisadi inkişafda rolu, təbii inhisarların fəaliyyətinin tənzimlənməsi və onun ictimai faydasına dair geniş fikir mübadiləsi aparılacaq.

Tədbirdə millət vəkilləri, dövlət qurumları, biznes assosiasiyaları və özəl sektorun təmsilçiləri və digər maraqlı tərəflər iştirak edirlər.

Forum müasir iqtisadi şəraitdə rəqabət siyasətinin təhlili, təbii inhisarların fəaliyyətinin tənzimlənməsi, bu sahədə mövcud çağırışlar və ictimai maraqların qorunması, eləcə də effektiv və ədalətli bazar münasibətlərinin formalaşdırılması istiqamətində fikir mübadiləsinin aparılması məqsədilə təşkil olunub.

Tədbirdə Azərbaycan Respublikasının iqtisadiyyat naziri Mikayıl Cabbarov, Azərbaycan Respublikası Milli Məclisinin deputatı, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov, Azərbaycan Respublikasının Prezidenti yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov və Azərbaycan Respublikası Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayevin çıxışı nəzərdə tutulub.

Tədbirdə millət vəkilləri, dövlət qurumları, biznes assosiasiyaları və özəl sektorun nümayəndələri iştirak edirlər.

Forum müasir rəqabət çağırışlarının müzakirəsində önəmli dialoq platforması kimi təqdim olunub.

Burada rəqabət siyasətinin iqtisadi inkişafda rolu, təbii inhisarların fəaliyyətinin tənzimlənməsi və onların ictimai faydası mövzusunda geniş fikir mübadiləsi aparılır.

Chosen
48
18
day.az

10Sources