EN

Kliçko yoxa çıxıb? - Tkaçenkodan kritik açıqlama

Kiyev meri Vitali Kliçko Müdafiə Şurasının iclasından əvvəl yoxa çıxıb.

Axar.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə Ukrayna paytaxtının şəhər hərbi administrasiyasının rəhbəri Timur Tkaçenko özünün "Telegram" kanalında məlumat verib.

O billirib ki, Vitali Kliçkonu Müdafiə Şurasının iclasını keçirmək üçün tapa bilmir.

"Bu gün planlaşdırmışdıq, amma bazar ertəsinə təxirə salırıq. Mer vaxt tapa bilmədi", - deyə Tkaçenko yazıb.

Daha sonra o əlavə edib ki, əgər bazar ertəsi Kliçkonun şəhərin müdafiəsi və həyati fəaliyyətinə dair məsələlərə vaxtı çatmasa, Şuranın “yalnız bir rəhbəri olacaq”.

Chosen
12
2
axar.az

6Sources