EN

Xalq artistinin vəziyyəti ağır-stabildir

Xalq artisti tarzən Ramiz Quliyevin vəziyyəti ağır-stabil olaraq qalır.

Bu barədə NOCOMMENT.az – a   tarzənin oğlu, Əməkdar artist Əyyub Quliyev məlumat verib.

Onun sözlərinə görə, ustad tarzənin müalicəsi reanimasiya şəraitində davam etdirilir.

“Hələlik böyrəkləri funksiyasını bərpa etməyib. Həmçinin ağciyərləri ilə də bağlı problem var. Daimi həkim nəzarəti altındadır, ümid edirik ki, yaxşı olacaq”.

Əyyub Quliyev Xalq artisinin hələlik evə buraxılacağının real görünmədiyini də əlavə edib.

Xatırladaq ki, Xalq artisti Ramiz Quliyev səhhətinin pisləşməsi ilə əlaqədar bir neçə gün öncə Mərkəzi Gömrük Hospitalına yerləşdirilib.

Sənətkarın müalicə prosesini Heydər Əliyev Fondu nəzarətə götürüb.

Chosen
28
4
nocomment.az

5Sources