ain.az, Axar.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Kiyev meri Vitali Kliçko Müdafiə Şurasının iclasından əvvəl yoxa çıxıb.
Axar.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə Ukrayna paytaxtının şəhər hərbi administrasiyasının rəhbəri Timur Tkaçenko özünün Teleqram kanalında məlumat yayıb.
O billirib ki, Müdafiə Şurasının iclasını keçirmək istəyir, ancaq Vitali Kliçkonu tapa bilmir.
"Bu gün planlaşdırmışdıq, amma bazar ertəsinə təxirə salırıq. Mer vaxt tapa bilmədi", - deyə Tkaçenko yazıb.
Daha sonra o əlavə edib ki, əgər bazar ertəsi Kliçkonun şəhərin müdafiəsi və həyati fəaliyyətinə dair məsələlərə vaxtı çatmasa, Şuranın “yalnız bir rəhbəri olacaq”.
Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.