EN

Heydər Əliyev siyasəti uğurla davam etdirilir- ÖZƏL

"Düz 32 il əvvəl bu gün Azərbaycanda  keçirilən səsvermə sıradan seçki deyildi. Əksəriyyət seçki məntəqəsinə sanki  poçt imiş kimi gedir, səsvermə bülletenlərini məktub yazacaqları konvert gözündə görürdülər. Yəni bu, səsvermədən çox  Heydər Əliyevə  ismarıc göndərmək idi ki, xalqı və ölkəni düşdüyümüz bu vəziyyətdən Səndən başqa heç kimin qurtara bilməyəcəyini bilirik və yanınızdayıq. Onun adının önünə qoyulan həmən o təsdiq işarəsinin içərisində əslində düşdüyümüz vəziyyət, bunun səbəbkarları və gözləntilərimizlə bağlı  bəlkə minlərlə sətir gizlənirdi". "Olaylar" xəbər verir ki, bunu Milli Məclisin deputatı Sahib Alıyev deyib: "Ancaq həmən vaxt heç kimin ağlına belə gəlmirdi ki, nəinki torpaqlarımız işğaldan qurtarılacaq,  Xankəndi məkr yuvasından üçrəngli bayrağımızı müqəddəs bilən minlərlə azərbaycanlı tələbənin oxuduğu cənab Prezidentin təbirincə desək, gənclər  şəhərinə çevriləcək!
Ulu Öndər isə məncə,  bu günü görürdü. Əgər göməsə idi, reallaşdıra bilmədiklərini  cənab İlham Əliyevin edəcəyini deməzdi. Heydər Əliyevi az-çox tanıyanlar yaxşı bilirdilər ki, o, heç vaxt Ermənistandakı qədim yurd yerlərimizin boş qalması və bizim oradan deportasiyamızı unutmayacaq, bunun bədəlini elə, ya belə ödətdirəcəkdi.
Ancaq  bu qədər irəli gedəcəyimizi, bir vaxtlar bizdən qat-qat  güclü olan  dövlətlərin başçılarının gəlib Azərbaycan Prezidentindən yardım umacaqlarını və yaxud Fransanınkı sayaq  dünən Kopenhagendəki mənzərədən də göründüyü kimi köplərinin yatırdılacağını bəlkə, heç o da görmürdü. Bu gün isə görür və ruhu şaddır. Ruhu şaddır ki, Heydər Əliyev yolu, Heydər Əliyev siyasəti Heydər Əliyevcəsinə  böyük uğurla davam etdirilir!"

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
4
olaylar.az

1Sources