EN

Sabancılarda növbəti ayrılıq - Foto

Türkiyəli aktyor Kerem Bursinlə sevgilisi Melisa Sabancı Tapan ayrılıb.

News24.az xəbər verir ki, Melisa Sabancı ayrılması ilə bağlı açıqlamasında “yorğunluqdan bitdi” ifadəsini işlədib.

Sabancı “yorğunluğ”un işlərin çoxluğundan, yoxsa münasibətin gətirdiyi tükənmişlikdənmi qaynaqlandığına dair suallara aydınlıq gətirməyib.

Qeyd edək ki, bir müddət əvvəl Melisa Sabancı Tapanın qardaşı, məşhur iş adamı Hakan Sabancı da aktrisa Hande Erçeldən ayrılıb. 

Xatırladaq ki, Hande Erçel və Kerem Bursin isə 2020-2021-ci illərdə “Sen çal kapımı” serialında tərəf müqabili olub və həmin müddətdə sevgi münasibəti yaşayıblar.


Chosen
54
2
news24.az

3Sources