EN

Mikayıl Cabbarov: Azərbaycanda rəqabət qabiliyyətinin yüksəlməsi müşahidə olunur

Baku.ws saytından əldə olunan məlumata görə, ain.az məlumat yayır.

Azərbaycanda iqtisadiyyatın texnoloji modernləşməsi və rəqabət qabiliyyətinin yüksəlməsi müşahidə olunur.

BAKU.WS xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən II Milli Rəqabət Forumunda bildirib.

Onun sözlərinə görə, bunun nəticəsində həm yerli, həm də xarici investorlar üçün əlverişli şərait formalaşır, Azərbaycan iqtisadiyyatına marağın artması regional inkişaf üçün də yeni imkanlar açır.

"Bazar iqtisadiyyatının əsas hərəkətverici qüvvəsi rəqabətdir. İqtisadiyyata prizmamızdan baxanda görürük ki, tələb və təklif yalnız rəqabət mövcud olduqda düzgün formalaşır. İnnovasiya və məhsuldarlıq isə məhz sağlam rəqabət mühitinin təminatı ilə mümkün olur", - deyə M. Cabbarov qeyd edib.

Nazirin sözlərinə görə, ölkənin iqtisadi inkişafında rəqabət qabiliyyətliliyin güclənməsi, texnologiyaların tətbiqi və beynəlxalq nüfuzun artması mühüm rol oynayır:

"Beynəlxalq əməkdaşlıq istiqamətində atdığımız addımlar da iqtisadi perspektivləri genişləndirir. Bu il avqustun 8-də ABŞ-də imzalanmış sazişlər və ondan irəli gələn proseslər Azərbaycanın iqtisadi cazibəsini daha da artırır, region üçün də mühüm əhəmiyyət daşıyır", - deyə o əlavə edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
13
7
baku.ws

8Sources