EN

Ermənistan parlamenti Azərbaycanla sülhə dair bəyanat qəbul etdi

Ermənistan parlamenti bu gün növbədənkənar iclas keçirib.

İclas zamanı “Ermənistan və Azərbaycan arasında sülhün bərqərar olması haqqında” bəyanat qəbul edilib.

Ölkənin hakim “Vətəndaş müqaviləsi” fraksiyası tərəfindən təqdim edilən bəyanatın lehinə 64 deputat səs verib. İki nəfər isə bitərəf qalıb. Ermənistanın müxalif partiyaları isə müzakirədə iştirak etməyib.

Sənəddə bildirilir ki, parlament Azərbaycan və Ermənistan liderlərinin Vaşinqtonda ABŞ prezidenti ilə görüşü zamanı imzalanan birgə bəyanata, eləcə də orada sülh sazişinin paraflanmasına və Azərbaycanla dövlətlərarası münasibətlərin qurulmasına öz dəstəyini ifadə edir.

Chosen
15
sportinfo.az

1Sources