EN

Rəsmi İrəvan: Ermənistan və ABŞ "Tramp marşrutu" ilə bağlı müzakirələrə başlayıb

"Hazırda Ermənistan TRIPP layihəsi çərçivəsində tikinti işlərinə başlamaq üçün ABŞ tərəfi ilə danışıqlar aparır".

Operativ Media xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan  "TVP World"ə müsahibəsində bildirib.

"Biz (Ermənistan və ABŞ - red.) əsas prinsipləri razılaşdırdıq. İndi ABŞ-dən bir nümayəndə heyəti və ya qrupla birlikdə keçidin texniki həllərini, texniki detallarını və s. razılaşdırmalıyıq. Artıq amerikalı tərəfdaşlarımızla danışıqlara başlamışıq. Düşünürəm ki, bu prosesi növbəti aylarda başa çatdıra biləcəyik və sonra tikintiyə başlamaq mümkün olacaq", - Mirzoyan bildirib.

Chosen
10
operativmedia.az

1Sources