EN

Sidneydə helikopter avtomobil dayanacağının damına çırpılıb: Ölən var

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Sidneyin Bankstaun rayonunda helikopter avtomobil dayanacağının damına çırpılıb.
Oxu.Az-ın xəbərinə görə, bu barədə "Daily Mail" nəşri məlumat verib.
Məlumata görə, hadisə nəticəsində bir nəfər həlak olub.
Yaralanan şəxsə hadisə yerində tibbi yardım göstərilsə də, onun həyatını xilas etmək mümkün olmayıb, aldığı xəsarətlərdən dünyasını dəyişib. Hazırda ölən şəxsin kimliyi araşdırılır.
Digər 19 yaşlı gənc isə ağır xəsarətlər alıb və xəstəxanaya yerləşdirilib, həkimlər onun vəziyyətini kritik olaraq qiymətləndiriblər.
Qəzanın səbəbləri araşdırılır.
Chosen
71
50
oxu.az

10Sources