EN

Regionda yeni müharibə: Nəsirzadə təcili Ankaraya getdi Nələr yaşanır?

GlobalInfo saytına istinadən ain.az xəbər verir.

İranın müdafiə naziri Əziz Nəsirzadə Türkiyəyə, Milli Təhlükəsizlik üzrə Ali Şurasının katibi Əli Laricani isə təcili olaraq Minskə gedib. Məlumata görə, bu, ABŞ və İsrailin İrana mümkün müdaxiləsi ilə əlaqədardır.

İran Türkiyə və Belarusdan nə istəyir? Xüsusən Nəsirzadənin Türkiyəyə ani səfərinin səbəbi nədir?

Globalinfo.az-a danışan Yaxın Şərq məsələləri üzrə ekspert Vüqar Zifəroğlu deyib ki, bu təcili səfərlər İrana qarşı ABŞ–İsrail müdaxiləsi ehtimalı fonunda Tehranın strateji və diplomatik təminat axtarışı olaraq təqdim edilir:

“Nəsirzadənin Ankaraya səfəri, əsasən sərhəd təhlükəsizliyi, hərbi-texniki əməkdaşlıq və regional gərginliyin idarə olunması mövzularını əhatə edir. Laricaninin Minsk səfəri isə siyasi-diplomatik və hərbi-texniki əməkdaşlıq, Belarusdan siyasi dəstək imkanları almaq kimi qiymətləndirilir.

Türkiyə regionda eskalasiyanı önləmək barədə ehtiyatlı siqnallar verib. Rəsmi Ankaranın məqsədi mümkün qarşıdurmanın bölgəyə olduqca ciddi təsir göstərəcəyi ilə bağlı xəbərdarlıq etməkdir. İran maksimum dərəcədə çalışır ki, qarşıdurma baş verəcəyi halda Türkiyənin loyallığına əmin olsun, əlavə münaqişə riskini azaltsın. Ankara regionda həm Qərblə, həm də İslam dünyası ilə əlaqələri olan vacib aktordur. Tehran üçün bu ölkədən “aralıq” rolunu tutmağı xahiş etmək məntiqli addımdır.

Vüqar Zifəroğlu

İranın Türkiyədən ABŞ və ya İsraildən gələcək hərəkətlərə sərt dəstək göstərməməsini, həmçinin diplomatik olaraq gərginliyin azaldılmasına kömək etməsini istəməsi mümkündür. Eyni zamanda Ankaradan İran üçün sərhəd maneələrinin yumuşadılması, hava məkanından istifadə məhdudiyyətləri və ya hər hansı təcili hadisə zamanı qarşılıqlı anlaşmanın təminatı tələb oluna bilər.

Belarusla yaxınlaşma isə Qərb sanksiyalarından və təcriddən təsirlənən Tehran üçün siyasi dayaq və platforma təmin edə bilər. Rəsmi xəbərlərdə Minskdə hərtərəfli əməkdaşlıq sazişləri və müdafiə əlaqələrinin gücləndirilməsindən bəhs olunur.

Belarusun Rusiya ilə yaxınlığı səbəbindən İrana texniki və təchizat yönümlü imkanlar, eləcə də Qərb nəzarətindən yan keçməyə kömək edəcək iqtisadi və hərbi kanallar təklif etməsi mümkündür. Bu, İranın “Qərb sanksiyalarına alternativlər” axtarışı ilə uzlaşır”.

Safura Bənnayeva

Globalinfo.az

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
30
2
globalinfo.az

3Sources