Bakının Nizami rayonunda yerləşən “Şərq” şadlıq sarayında bədbəxt hadisə baş verib.
“Qafqazinfo” xəbər verir ki, bir neçə gün əvvəl 1989-cu il təvəllüdlü paytaxt sakini Orxan Məhəmməd oğlu Qarayev Bəkir Çobanzadə küçəsində yerləşən şadlıq sarayının pilləkənlərindən yıxılıb.
Xəstəxanaya yerləşdirilmiş O.Qarayev dünən xəstəxanada vəfat edib.
Faktla bağlı rayon prokurorluğunda araşdırma aparılır.