İqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən II Milli Rəqabət Forumunda mühüm açıqlamalarla çıxış edib. Naziq bildirib ki, Azərbaycan kimi kiçik bazarlarda əsas çağırışlardan biri iqtisadiyyatın şaxələndirilməsi, yeni məhsul və xidmətlərin bazara gətirilməsidir. Onun sözlərinə görə, bazarda hər hansı məhsul və ya xidməti yalnız bir müəssisənin istehsal etməsi rəqabətə imkan vermir: "Ən azı iki böyük oyunçunun olması vacibdir. Lakin sağlam rəqabət mühitinin formalaşması üçün bu say daha çox olmalıdır. Məqsədimiz iqtisadiyyatda bu gün mövcud olmayan məhsul və xidmətlərin istehsalını təşviq etmək və onları bazara çıxarmaqdır".
Mətləb Salahov