EN

Zəfər salnaməsi 3 oktyabr 1993 cü il təqvimi

Ses qazeti portalından alınan məlumata görə, ain.az xəbər verir.

Müstəqilliyimizin bərpasından sonrakı ilk illərdə hakimiyyətə gəlmiş naşı, səriştəsiz, vəzifəpərəst şəxslər ölkəni və xalqı parçalanmaq həddinə çatdırmışdılar. Ermənistanın hərbi təcavüzü, ölkədaxili anarxiya, sosial-iqtisadi böhran hər gün dərinləşir, qarşısıalınmaz həddə çatırdı.

1993-cü ilin iyununda dahi şəxsiyyət Heydər Əliyevin xalqın təkidli tələbi ilə Bakıya gəlişindən sonra qısa zamanda ölkdə vəziyyət sabitləşməyə başladı. Azərbaycan xalqı əmin idi ki, ölkəni ancaq böyük siyasi xadim Heydər Əliyev xilas edə bilər.

3 oktyabr 1993-cü ildə Ulu Öndərin Prezident seçilməsi müstəqil Azərbaycan dövləti tarixində yeni səhifənin açılması oldu. Ulu Öndərin həyata keçirdiyi düşünülmüş uğurlu daxili və xarici siyasət nəticəsində ölkədə möhkəm əsaslı sabitlik yarandı, qonşu dövlətlərlə münasibətlər yaxşılaşdırıldı, digər xarici ölkələrlə diplomatik əlaqələr qurulmağa başladı.

Ölkə daxilində olan silahlı dəstələr zərərsizləşdirildi, dövlət çevirilişnə olan cəhdlərin qarşısı tamamilə alındı, Ermənistanla müharibədə atəşkəsə nail olundu, “Əsrin müqaviləsi” imzalandı. Bir sözlə, ölkədə normal həyat öz axarına döndü, Azərbaycan nizamlı inkişaf yoluna qədəm qoydu.

Bu fikirləri saytımıza açıqlamasında YAP Ağdaş rayon təşkilatının ideoloji işlər üzrə məsləhətçi Anar Şahmuradov bildirib. O həmçinin qeyd edib ki, Ulu Öndər Heydər Əliyevin həyata keçirdiyi siyasət müstəqil Azərbaycanın ərazi bütövlüynə, suverenliyin tam təmin olunmasına və güclü dövlətə çevrilməsinə gətirib çıxardı. Odur ki, 3 oktyabr 1993-cü il təqvimi müstəqil Azərbaycanın Zəfər salnaməsində önəmli tarixdir. Azərbaycanın Zəfər marşı elə, 3 oktyabr 1993-cü il tarixindən başlanır.

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
47
1
sesqazeti.az

2Sources