EN

İbrahim Süleymanov Moskvada saxlanıldı

Dağıstanlı milyarder İbrahim Süleymanov Moskvada saxlanılıb.

    Bakıvaxtı.az Rusiya KİV-ə istinadən xəbər verir ki, Süleymanov qətldə şübhəli bilinir.

    İş adamının oktyabrın 2-nə keçən gecə saxlanıldığı bildirilib.

    O, bir neçə il bundan qabaq baş vermiş qətl hadisəsində ittiham olunur. Müstəntiqlər onun barəsində həbs-qətimkan tədbiri seçilməsini məhkəmədən xahiş etmək niyyətindədirlər.

    Qeyd edək ki, Süleymanov müasir Rusiyanın ən müəmmalı və nüfuzlu oliqarxlarından biri hesab olunur. O, əvvəllər dələduzluq və çirkli pulların yuyulmasında təqsirli bilinib, lakin həbsdən sonra da nüfuzunu və hakimiyyətini qoruyub saxlaya bilib. O, əvvəllər dövlət tərəfindən idarə olunan Sirena-Travel hava yolları rezervasiya sisteminə nəzarət edib və əsas sektorlarda - nəqliyyat, aviasiya və informasiya texnologiyalarında nüfuz sahibi olub.

    Chosen
    15
    11
    bakivaxti.az

    10Sources