EN

Gürcüstan Azərbaycana olan borcunu tam bağladı Büdcəmiz ildə 1.1 milyon gəlirdən məhrum oldu

Azpolitika.az saytından verilən məlumata əsasən, ain.az məlumatı açıqlayır.

Bu ilin yanvarın 1-nə Gürcüstanın Azərbaycana 1,1 milyon dollar, Ermənistana isə 1 milyon dollar məbləğində borcu mövcud idi. Bu vəsaitlər əsasən dövlətlərarası kredit öhdəliklərindən yaranmışdı.

“AzPolitika” bildirir ki, Tbilisi fevral və avqust aylarında iki bərabər hissə ilə ödənişlər həyata keçirərək borcunu tam şəkildə bağlayıb. Bununla da, 1 sentyabr tarixinə Gürcüstanın Cənubi Qafqaz regionunda qonşu ölkələr – Azərbaycan və Ermənistan qarşısında hər hansı maliyyə öhdəliyi qalmayıb.

Qeyd edək ki, Gürcüstanın Azərbaycana olan borcu uzun illər dövlət büdcəsinə hər il 1,1 milyon dollarlıq vəsait daxil olmasına şərait yaradırdı. İndi isə həmin mənbə dayanıb və büdcəmiz bu gəlirdən məhrum olub.

Xatırladaq ki, Azərbaycanın xarici borc portfeli kifayət qədər aşağı səviyyədədir və hökumət borc yükünü nəzarətdə saxladığını bildirir. Gürcüstan isə son illər beynəlxalq maliyyə institutları və qonşu ölkələr qarşısında borc öhdəliklərini mərhələli şəkildə azaltmaq siyasəti yürüdür. Bu baxımdan, qonşu ölkələrə olan borcun tamamilə bağlanması Tbilisi üçün müsbət addım hesab edilir.

Gürcüstanın borclarını vaxtında qaytarması onun iqtisadi inkişafı ilə yanaşı regiondakı iqtisadi münasibətlərin daha şəffaf və etibarlı şəkildə inkişafına töhfə verir. Bununla yanaşı, Azərbaycanın dövlət büdcəsi üçün bu ödənişlərin dayanması illik kiçik də olsa gəlir itkisi deməkdir.

Rasim

“AzPolitika.info”

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
12
azpolitika.info

1Sources