EN

Balıqçılıq təsərrufatı və akvakultura sahəsində sessiya

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) “Mərkəzi Asiya və Qafqazda balıqçılıq təsərrüfatı və akvakultura sahəsində Regional Komissiya”sının (CACFish) növbəti 8-ci sessiyası öz işinə başlayıb.
İki gün davam edəcək sessiyanın gündəliyində Dayanıqlı İnkişaf Məqsəd­ləri kontekstində su hövzələrinin və su bi­oloji resurslarının davamlı idarə olunması yollarının müzakirəsi, region ölkələrinin daxili su hövzələrində balıq ehtiyatlarının öyrənilməsi, balıqçılıq təsərrüfatlarının idarə edilməsi üzrə regional prinsiplə­rin hazırlanması və sənədlərin qəbulu nəzərdə tutulub.
Sessiyada Azərbaycan, Türkiyə, Qır­ğızıstan və Tacikistan komissiyanın üzvlə­ri qismində, Rusiya, Özbəkistan, Gürcüs­tan, Ukrayna, Qazaxıstan və Monqolustan isə müşahidəçi qismində təmsil olunur.
Tədbirdə Azərbaycan Respublikası­nın Kənd təsərrüfatı naziri, Dövlət Su Eh­tiyatları, Azərbaycan Qida Təhlükəsizliyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliklə­rinin sədrləri və BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi iştirak edirlər.
FİDANXQ

Chosen
202
8
xalqqazeti.az

10Sources