EN

Almaniya bizim üçün vacib tərəfdaş ölkədir - İlham Əliyev

Almaniya bizim üçün vacib tərəfdaş ölkədir və biz ikitərəfli əlaqələrimizin hərtərəfli inkişafına böyük əhəmiyyət veririk.

Ucnoqta.az xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin 3 Oktyabr - Alman Birliyi Günü münasibətilə Almaniya Prezidenti Frank-Valter Ştaynmayerə ünvanladığı təbrik məktubunda yer alıb.

Prezident İlham Əliyev məktubda diqqətə çatdırıb ki, almaniyalı həmkarının aprel ayında Azərbaycana səfəri geniş gündəliyə malik əməkdaşlığımızın inkişafına yeni təkan verib.

Chosen
37
48
ucnoqta.az

10Sources