EN

M.Musayev: Yeni rəqabət məcəlləsi özəl sektoru yaxşı mənada silkələdi

Azərbaycan iqtisadiyyatının son illərdə əldə etdiyi nailiyyətlər dövlət -özəl sektor əməkdaşlığınınbariz nümunəsidir.

Teleqraf xəbər verir ki, bu barədə Sahibkarlar Təşkilatları Milli Konfederasiyasının prezidenti Məmməd Musayev Bakıda keçirilən “ II Milli Rəqabət Forumu”nda bildirib.

O bildirib ki, Prezident İlham Əliyevinrəhbərliyi ilə həyata keçirilən sosial- iqtisadi siyasətinprioritet istiqamətlərindən biri də qeyri- neft sektorunun dayanıqlı inkişafı və ixracın şaxələndirilməsidir.

Prezidentin tapşırığı ilə bu sahədə görülən son illərdə görülən tədbirlər ölkəmizdə görülən böyük iqtisadi hadisə kimi qəbul olunub:

"Belə ki, yeni rəqabət məcəlləsinin qəbul edilməsi özəl sektoru yaxşı mənada silkələdi. Bu məsələdə bəzi böyük sahibkarların öyrəşdikləri komfort zonadan çıxmağa məcbur etdi. Və artıq bir neçə haqsız üstünlük faktı ilə əlaqədar Antiinhisar və İstehlak Bazarlarına Nəzarət Dövlət Agentliyi müvafiq qərarlar qəbul etməsinin şahidiyik".

Chosen
23
teleqraf.com

1Sources