EN

Milyarder İbrahim Süleymanov saxlanıldı

Dağıstanlı milyarder İbrahim Süleymanov Moskvada saxlanılıb.

 

Süleymanov qətldə şübhəli bilinir.

 

İş adamının oktyabrın 2-nə keçən gecə saxlanıldığı bildirilib.

 

O, bir neçə il bundan qabaq baş vermiş qətl hadisəsində ittiham olunur. Müstəntiqlər onun barəsində həbs-qətimkan tədbiri seçilməsini məhkəmədən xahiş etmək niyyətindədirlər.

 

Qeyd edək ki, Süleymanov müasir Rusiyanın ən müəmmalı və nüfuzlu oliqarxlarından biri hesab olunur. O, əvvəllər dələduzluq və çirkli pulların yuyulmasında təqsirli bilinib, lakin həbsdən sonra da nüfuzunu və hakimiyyətini qoruyub saxlaya bilib. O, əvvəllər dövlət tərəfindən idarə olunan Sirena-Travel hava yolları rezervasiya sisteminə nəzarət edib və əsas sektorlarda - nəqliyyat, aviasiya və informasiya texnologiyalarında nüfuz sahibi olub.

 

APA

Tarix: 3 Oktyabr 2025, 11:43   
Chosen
19
10
pravda.az

10Sources