EN

ABŞ Ukraynaya silah tədarükü ilə bağlı danışıqları dondurub– The Telegraph

ABŞ hökumətinin bağlanması Ukraynaya silah tədarükü ilə bağlı danışıqları dayandırıb. “The Telegraph” yazır ki, bu vəziyyət nəticəsində silahların ötürülməsi prosesi təhlükə altına düşüb.

Məlumata görə, Kiyev və Vaşinqton arasında hərbi yardım və pilotsuz uçuş aparatları sahəsində əməkdaşlıqla bağlı müzakirələr ABŞ Konqresinin dövlət büdcəsi ilə bağlı razılığa gələ bilməməsi fonunda hökumətin fəaliyyətini dayandırmasından sonra iflasa uğrayıb. Yüz minlərlə federal işçi məzuniyyətə göndərilib, Ukrayna nümayəndələri ilə görüşlər baş tutmayıb.

Ukrayna hökumətindəki mənbələr əsas narahatlığın Amerika silahlarının çatdırılmasında mümkün gecikmələr olduğunu bildirir:
“Bütün qarşıdan gələn layihələr müəyyən zərər gördü, çünki Pentaqon, Dövlət Departamenti və Ağ Ev nümayəndələri görüşmürlər. Bu səbəbdən vaxt itiririk”, – deyə vurğulanıb.

Kiyev ABŞ-la milyardlarla dollar dəyərində iri dron texnologiyası mübadiləsi sazişi imzalamağa ümid edirdi. Ukrayna prezidenti Vladimir Zelenski və ABŞ prezidenti Donald Tramp təşəbbüsü dəstəkləsələr də, hökumətin bağlanması danışıqları faktiki olaraq dondurub.

Ötən həftə Donald Tramp müharibə ilə bağlı mövqeyini kəskin dəyişərək, Ukraynanın bütün ərazilərini geri qaytarmağa qadir olduğunu bəyan edib. Zelenski isə BMT Baş Assambleyası çərçivəsində çıxışında ABŞ-ı Rusiyanı danışıqlar masasına məcbur edə biləcək “Tomaqavk” qanadlı raketlərini verməyə çağırıb. Ağ Ev bu təklifi nəzərdən keçirdiyini açıqlayıb.

Ukrayna və beynəlxalq humanitar təşkilatlar xəbərdarlıq edirlər ki, Rusiyanın hücumlarının “misli görünməmiş intensivliyi” fonunda danışıqların dayanması ciddi nəticələrə gətirib çıxara bilər.

“Putin Ukraynaya və Avropa ölkələrinə qarşı müharibəni gücləndirdikcə, bu hökumətin bağlanması çox pis siqnaldır”, – deyə “Ukraynaya Ümid” təşkilatının icraçı direktoru Yuri Boyeçko bildirib.

Xatırladaq ki, oktyabrın 1-dən etibarən ABŞ hökuməti fəaliyyətini dayandırıb. Konqres yeni maliyyə ili üçün büdcə layihəsini qəbul edə bilməyib. Bu, Donald Tramp administrasiyası dövründə federal qurumların artıq üçüncü bağlanmasıdır.

Bağlanma xəbərləri fonunda ABŞ dolları əsas valyutalar qarşısında kəskin ucuzlaşıb.

Chosen
7
veteninfo.az

1Sources