EN

OPEC in baş katibi Beynəlxalq Enerji Agentliyinin yeni mövqeyinə münasibət bildirib

ain.az bildirir, Oxu.az saytına əsaslanaraq.

OPEC-in baş katibi Haysam Əl-Qays bildirib ki, Beynəlxalq Enerji Agentliyinin (BEA) yeni enerji layihələrinə sərmayə yatırılmasının vacibliyi ilə bağlı mövqeyinin dəyişməsinə təəccüblənməyib.

Oxu.Az xəbər verir ki, o bunu Astanada "Kazenergy" forumunda bəyan edib.

Baş katib deyib: "Mən təəccüblənmədim, çünki BEA ilk dəfə deyil ki, öz mövqeyini dəyişir".

Onun sözlərinə görə, 2017-2018-ci illərdə BEA neft-qaz sahəsinə sərmayə yatırılmasını bu sahənin təməl daşı adlandırıb. 2020-2021-ci illərdə sıfır tullantı məsələsi gündəmə gələn kimi, agentliyin məlumatlarında neft-qaz layihələrinə yeni sərmayələrə ehtiyac olmadığı vurğulanıb.

"Agentliyin bir həftə əvvəlki hesabatında gördük ki, BEA neft-qaz kəşfiyyatına, səhv etmirəmsə, hər il 500 milyard dollardan çox sərmayə yatırılmasından danışır ki, bu da OPEC proqnozlarından elə də fərqlənmir", - deyə baş katib bildirib.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
62
oxu.az

1Sources