"Azərbaycan Prezidenti İlham Əliyev Fransa prezidenti Emanuel Makaronla nümayəndə heyətlərinin iştirakı ilə görüş keçirdi. İkinci Qarabağ müharibəsindən sonra Fransa prezidenti ilə belə bir görüş baş tutmamışdı".
Adalet.az xəbər verir ki, bunu politoloq Məhəmməd Əsədullazadə deyib.
O bildirib ki, iki ölkə ilə münasibətlər qırılma nöqtəsinə gəlmişdi:
"Azərbaycanla Ermənistan arasında ikitərəfli danışıqlarda irəliləyiş və 8 avqustda sülh mətnin paraflanması Fransanın regional siyasətinə zərbə vurdu. Çünki, Fransa sülhə qarşı idi və Ermənistanı silahlandırırdı. Nikol Paşinyan Fransanın siyasətinin Ermənistan üçün mənfi nəticələrin olacağından ehtiyat etdiyi üçün eskalasiyanı deyil, Azərbaycanın sülh gündəmini qəbul etdi.
Fransa yenidən Azərbaycanla əməkdaşlıq gündəminə qayıdır. Bu, Azərbaycanın siyasi qələbəsidir. Fransa prezidenti E.Makron Prezident İlham Əliyevin sülh gündəliyini və regionda siyasi reallıqları qəbul etdi. Məhz bu görüş Azərbaycanın diplomatik qələbəsidir.
Bundan sonra, Azərbaycan-Fransa əlaqələrinin yeni mərhələyə keçməsi mümkün görünür".
Vasif ƏLİHÜSEYN