EN

Bu il rəqabət qanunvericiliyinin pozulması ilə bağlı 54 araşdırma başlanıb - Elnur Bağırov

Bakı.Trend:

Bu il ərzində haqsız rəqabətə yol verilməklə rəqabətqanunvericiliyinin pozulması ilə bağlı 54 araşdırmaya başlanılıb və12 iş qaldırılıb.

Trendxəbər verir ki, bunu bunu Prezident yanında Antiinhisar və İstehlakBazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov II MilliRəqabət Forumundakı çıxışı zamanı deyib.

Agentlik sədri vurğulayıb ki, görülən tədbirlərin bir məqsədivar:

“Rəqabəti pozan davranışlardan çəkindirmək və rəqabətmədəniyyətinin təşəkkülünə nail olmaq. Məhz bunun nəticəsidir ki,14 təsərrüfat subyekti aşkar olunan pozuntu hallarını könüllüaradan qaldırıb. Sahibkarlıq subyektlərinin bu addımı onlarınrəqabət mühitinə artan həssaslığının göstəricisidir”.

İstehlakçı-mərkəzli rəqabət siyasətini dəstəkləyən, onuntətbiqinə töhfə verən hər bir sahibkara, bu ekosistemin tərkibhissəsi olan hər bir bazar iştirakçısına dərin minnətdarlığımıbildirmək istəyirəm,-E.Bağırov əlavə edib.

Chosen
64
4
az.trend.az

5Sources