EN

İranda sərnişin avtobusu vadiyə aşıb - 4 ölü

İranda Dəmavənd-Firuzkuh yolunda hərəkət edən sərnişin avtobusu vadiyə aşıb.

Bakıvaxtı.az İran mətbuatına istinadən xəbər verir ki, hadisə nəticəsində 4 nəfər ölüb, 10 nəfər xəstəxanaya yerləşdirilib.

Hadisənin təfərrüatları hələlik məlum deyil.

Qeyd edək ki, Dəmavənd-Firuzkuh yolu Tehranı Mazandaran əyaləti ilə birləşdirir.

Chosen
15
6
bakivaxti.az

9Sources