EN

Özəl sektorun iqtisadiyyatda payı 81 faiz səviyyəsindədir

Həyata keçirilən islahatlar və sahibkarlığa dəstək mexanizmlərinin tətbiqi nəticəsində özəl sektorun iqtisadiyyatda payı 81 faiz səviyyəsindədir.

Bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən II Milli Rəqabət Forumunda məlumat verib.

İqtisadiyyat nazirinin sözlərinə görə, ölkəmizdə inklüziv sahibkarlığın inkişafı qadınların biznes təşəbbüslərinin reallaşdırıılmasına şərait yaradıb. Bunun nəticəsidir ki, bu ilin 6 ayı ərzində qadın sahibkarların sayı 7 faiz artaraq, 333 minə yaxın olub.

Chosen
46
6
vergiler.az

9Sources