EN

Bu gün 12:00-da qaz kəsiləcək - Bu ərazilərdə

Ajans.az xəbər verir ki, bu barədə "Azəriqaz" İstehsalat Birliyi məlumat yayıb. Bildirilib ki, şəhərin Bulvar küçəsində orta təzyiqli 108 millimetrlik qaz xəttində aşkar edilmiş sızmanın aradan qaldırılması məqsədilə qaz təchizatında fasilə olacaq. Məlumata görə, müvafiq işlərin görülməsi ilə əlaqədar bu gün saat 12:00-dan etibarən, ərazidək 550 abonentin qaz təminatı müvəqqəti dayandırılacaq.

İşlər yekunlaşdıqdan sonra qazın verilişi bərpa ediləcək.

Chosen
21
10
Ajans.az

10Sources