EN

“İqtisadiyyatda 81% özəl sektorun payıdır” - Nazir

"Həyata keçirilən islahatlar və sahibkarlığa dəstək mexanizmlərinin tətbiqi nəticəsində özəl sektorun iqtisadiyyatda payı 81% səviyyəsindədir".

Milli.Az xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən II Milli Rəqabət Forumunda çıxışı zamanı bildirib.

Nazir bildirib ki, ölkəmizdə inklüziv sahibkarlığın inkişafı qadınların biznes təşəbbüslərinin reallaşdırıılmasına şərait yaradıb. Bunun nəticəsidir ki, bu ilin 6 ayı ərzində qadın sahibkarların sayı 7% artaraq, 333 minə yaxın olub.

Aysel Əkbər
Milli.Az

Chosen
53
5
milli.az

9Sources