EN

Bu il rəqabət qanunvericiliyinin pozulması ilə bağlı 54 araşdırma başlanıb - Elnur Bağırov

Bu il ərzində haqsız rəqabətə yol verilməklə rəqabət qanunvericiliyinin pozulması ilə bağlı 54 araşdırmaya başlanılıb və 12 iş qaldırılıb.

Day.Az xəbər verir ki, bunu bunu Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyinin sədri Elnur Bağırov II Milli Rəqabət Forumundakı çıxışı zamanı deyib.

Agentlik sədri vurğulayıb ki, görülən tədbirlərin bir məqsədi var:

"Rəqabəti pozan davranışlardan çəkindirmək və rəqabət mədəniyyətinin təşəkkülünə nail olmaq. Məhz bunun nəticəsidir ki, 14 təsərrüfat subyekti aşkar olunan pozuntu hallarını könüllü aradan qaldırıb. Sahibkarlıq subyektlərinin bu addımı onların rəqabət mühitinə artan həssaslığının göstəricisidir".

İstehlakçı-mərkəzli rəqabət siyasətini dəstəkləyən, onun tətbiqinə töhfə verən hər bir sahibkara, bu ekosistemin tərkib hissəsi olan hər bir bazar iştirakçısına dərin minnətdarlığımı bildirmək istəyirəm,-E.Bağırov əlavə edib.

Chosen
36
4
day.az

5Sources