EN

Gəncədə avtobusla bağlı çəkilmiş video haqda açıqlama

Gəncədə yeni fəaliyyətə başlayan “BakuBus” MMC-yə məxsus 11 nömrəli marşrut avtobusu ilə bağlı xoşagəlməz hal yaşanıb.

Publika.az xəbər verir ki, bu barədə “Gencexeber” saytı məlumat yayıb. Yayılan videoda sərnişinlərin avtobusun qarşısını kəsməsi, avtobusa minə bilmədikləri üçün sürücüyə irad bildirərək arxa qapıdan minməsi görünür.

Şəhərin Sevinc (Məhsəti) qəsəbəsində fəaliyyət göstərən 11 nömrəli avtobusdan istifadə edən sərnişinlərin sözlərinə görə, avtobuslar arasında uzun intervallar nəqliyyat vasitələrində həddindən artıq sıxlıq yaradıb. Şikayətçilər bildirirlər ki, əvvəllər marşrutda köhnə avtobuslar işləsə də, onların hərəkət qrafikində belə problemlər müşahidə olunmayıb. Vətəndaşların iddiasına əsasən, onlar dayanacaqlarda saatlarla gözləməli olurlar.

Məsələ ilə bağlı Qafqazinfo.az “BakuBus” MMC-yə sorğu ünvanlayıb. Şirkətin cavabı belə olub:

“Sosial şəbəkələrdə yayılan video görüntülərlə bağlı bildiririk ki, ötən gün Gəncə şəhərində “BakuBus” MMC-nin istismarında olan 11 nömrəli müntəzəm marşrut xətti üzrə hərəkət edən avtobuslardan birində Sevinc qəsəbəsi ərazisində sərnişinlə sürücü arasında insident baş verib. Hadisə zamanı qeyd olunan ərazidə rəsmi dayanacaq mövcud olmadığından sərnişinlər sürücüdən dayanacaqdan kənar saxlamasını tələb edib, lakin sürücü mövcud qaydalara əsasən bu tələbi yerinə yetirməyib.

Xüsusilə qeyd edirik ki, sürücü insidentə heç bir şəkildə qarışmayıb, sərnişinlərə qarşı kobudluq etməyib və tamamilə təmkinli davranaraq peşəkar mövqeyini nümayiş etdirib.

Chosen
13
3
publika.az

4Sources