EN

Kopenhagen Zirvəsi: Azərbaycanın artan nüfuzu və qlobal liderlik vizyonu

Bakı. Trend:

Danimarkanın paytaxtı Kopenhagendə keçirilən “Avropa SiyasiBirliyi”nin 7-ci Zirvə Toplantısı, qitə üçün mühüm əhəmiyyətdaşıyan strateji məsələlərin müzakirə edildiyi önəmli beynəlxalqplatformaya çevrildi.

Bu sözləri Trend-ə politoloq Azər Qarayev bildirib.

Politoloq bildirib ki, bu nüfuzlu toplantıda AzərbaycanRespublikasının Prezidenti İlham Əliyevin iştirakı isə həmregionda, həm də Avropa məkanında Azərbaycanın artan nüfuzunun vəstrateji mövqeyinin növbəti təsdiqi oldu.

"Kopenhagen səfəri zamanı Prezident İlham Əliyev Avropa İttifaqıŞurasının Prezidenti Antonio Koşta və Avropa KomissiyasınınPrezidenti Ursula von der Leyen ilə görüşüb. Müzakirə mövzularıarasında söhbət Azərbaycan‑Ermənistan arasında sülh gündəliyininVaşinqtonda əldə edilmiş nəticələrindən, Azərbaycanın Avropanınenerji təhlükəsizliyində oynadığı roldan və nəqliyyat logistikasahəsindəki layihələrdən gedib. İlham Əliyev Ukrayna prezidentiVolodimir Zelenski, Niderland Baş naziri Dik Sxofla, Fransaprezidenti Emmanuel Makronla, Moldova prezidenti Maya Sandu iləgörüşərək bir çox məsələləri müzakirə edib. Prezident İlhamƏliyevlə Fransa Prezidenti Emmanuel Makron arasında görüş xüsusidiqqət çəkir. Bir zamanlar Fransa hakimiyyəti ölkəmizə qarşıqarayaxma kompaniyası aparırdı. İndi isə Fransa PrezidentininAzərbaycanı sülh istiqamətində atdığı addımlar münasibətilə təbrikedir, Parisin regionda sülh prosesinə dəstək verməyə maraqlıolduğunu göstərir. Çünki Azərbaycan heç vaxt kiminsə diqtəsi iləhərəkət etmir. Öz haqlı mübarizəsində sona qədər gedir və düzgünolduğunu sübut edir."

A.Qarayev qeyd edib ki, Prezident İlham Əliyevlə Baş nazir NikolPaşinyan arasında 2 oktyabrda Kopenhagendə baş tutan görüş,Azərbaycan-Ermənistan münasibətlərinin normallaşması baxımındanmühüm addımdır.

"Tərəflərin Vaşinqton Sülh Sammitində əldə olunan razılaşmalarasadiqliklərini bir daha təsdiqləməsi, sülh prosesinin davametdirilməsi üçün siyasi iradənin mövcud olduğunu göstərir.Nəqliyyat-kommunikasiya layihələrinin və infrastrukturməsələlərinin müzakirəsi isə gələcək regional əməkdaşlığın əsasınıqoyur. ATƏT-in Minsk qrupu ilə bağlı mövqedə həmrəylik və etimadquruculuğu tədbirlərinə dair razılıq, tərəflərin praktiki vəirəliyə dönük dialoqa üstünlük verdiyini göstərir.

“Avropa Siyasi Birliyi” təşəbbüsü Avropa ölkələri arasındasiyasi dialoqu gücləndirməyi, qitədə sabitlik və təhlükəsizliyintəmininə yönəlik əməkdaşlığı artırmağı hədəfləyir. Qurumunfəaliyyət istiqamətləri sırasında enerji təhlükəsizliyi,münaqişələrin həlli, nəqliyyat-logistika əlaqələri və demokratikinstitutların möhkəmləndirilməsi mühüm yer tutur. Azərbaycan buplatformada yalnız iştirak edən tərəf deyil, həm də öz regionaltəşəbbüsləri, sabitləşdirici rolu və enerji resursları ilə qitəninstrateji tərəfdaşına çevrilmişdir."

A.Qarayev vurğulayıb ki, Prezident İlham Əliyevin Kopenhagendəkiiştirakı yalnız tədbirdəki çıxışla məhdudlaşmadı.

"Zirvə çərçivəsində dövlət başçısı bir sıra mühüm ikitərəfli vəçoxtərəfli görüşlər keçirdi. Bu görüşlərin mühüm xüsusiyyətionların qarşı tərəfin təşəbbüsü ilə baş tutmasıdır. Bu, İlhamƏliyevin beynəlxalq miqyasda nüfuzunun, Azərbaycanın isə artandiplomatik çəkisinin göstəricisidir. Bu fakt təkcə diplomatiketiket və protokol çərçivəsində qiymətləndirilməməli, həm dəAzərbaycanın beynəlxalq münasibətlər sistemində getdikcə güclənənmövqeyinin, Prezident İlham Əliyevin isə qlobal siyasiplatformalarda artan nüfuzunun bariz göstəricisi kimi şərholunmalıdır. Görüşlərin qarşı tərəfin təşəbbüsü ilə baş tutması ilknövbədə İlham Əliyevin qitə miqyasında etibarlı və güclü lider kimiqəbul edilməsinin göstəricisidir. Xüsusilə Avropa kimidiplomatiyada balanslara və dəyərlərə həssas olan bir məkanda, birölkənin lideri ilə görüş istəmək onun siyasi çəkisinin, liderlikkeyfiyyətlərinin və regiondakı rolunun qəbul edildiyinigöstərir."

A.Qarayev qeyd edib ki, Azərbaycan regionun əsas geosiyasioyunçusudur və İlham Əliyevin liderliyi ilə ölkə həm enerji, həmtəhlükəsizlik, həm də nəqliyyat sahəsində etibarlı tərəfdaş kimiformalaşıb.

"Avropa ölkələri, xüsusilə enerji və alternativ marşrutlarbaxımından Azərbaycanın geostrateji əhəmiyyətini dərk edir və busəbəbdən Azərbaycanla siyasi dialoqu dərinləşdirməyə çalışırlar.Macarısanın Baş naziri Viktor Orban jurnalistlərə verdiyi açıqlamaxüsusi diqqət çəkir. O bildirib ki, biz enerji sektorunda bir çoxçətinliklərlə üzləşirik, sizin isə zəngin resurslarınız var vəəməkdaşlığa hazırsınız, üstəlik sizin rəhbərliyiniz də stabildir.Azərbaycan həqiqətən Avropa üçün qızıl ehtiyatdır.

Görüşlərin təşəbbüskarının qarşı tərəf olması, ölkəmizə və onunrəhbərliyinə göstərilən hörmətin, inamın və müsbət münasibətinbariz sübutudur. Bu, təkcə siyasi maraqlarla izah edilə bilməz; bu,həm də Azərbaycanın beynəlxalq arenada formalaşdırdığı imicinnəticəsidir. Prezident İlham Əliyev son illər ərzində bir çoxqlobal təşəbbüslərin müəllifi və icraçısı kimi çıxış edib. Bu daona qlobal arenada siyasi çəki və etimad qazandırıb. AzərbaycanınCənubi Qafqazda sabitliyin əsas təminatçısı kimi çıxış etməsi vəregionda sülh təşəbbüsləri irəli sürməsi də İlham Əliyevin nüfuzunuartıran faktorlardandır. Kopenhagen kimi bir şəhərdə yüksəksəviyyəli görüşlərin keçirilməsi təkcə nüfuzun deyil, həm dədiplomatik fəaliyyətin effektivliyinin göstəricisidir. Bu cürgörüşlər, həmçinin Azərbaycan diplomatiyasının çevikliyini vəbeynəlxalq platformalarda aktiv iştirakını təsdiqləyir."

Chosen
36
50
az.trend.az

10Sources