EN

Şərurlu İsfəndiyarın işi üzrə ekspert rəyi elan edildi

BAKI, 3 oktyabr. TELEQRAF

"Şərur MTK"nın sahibi İsfəndiyar Axundova (Şərurlu İsfəndiyar) qarşı “Proqress 2016” MTK-nın həbsdə olan rəhbəri Emil Səməndərov tərəfindən xüsusi ittiham qaydasında şikayət ərizəsi üzrə məhkəmə prosesi keçirilib.

Teleqraf xəbər verir ki, Binəqədi Rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrlik etdiyi prosesdə ekspertiza rəyi elan edilib.

Məhkəmə linqivistik ekspertiza müəyyən edib ki, İsfəndiyar Axundov verdiyi müsahibələrdə bir neçə dəfə Emil Səməndərovu təhqir edib.

Təqsirləndirilən şəxsin vəkilləri Ülvi Nəsibli və Şahbaz Kərimli isə ekspertiza rəyinin ziddiyyətli olduğunu bildirib

Daha sonra vəkil Ülvi Nəsibli AMEA-nın Dilçilik institutundan əlavə müttəxəssis çağırılması ilə bağlı vəsatət verib.

Emil Səməndərovun vəkili Asim Abbasov qeyd edib ki, linqivistik ekspertizanın rəyində İsfəndiyar Axundovun müvəkkilini təhqir etdiyi açıq-aşkar göstərilib.
Bu səbəbdən vəsatətin təmin edilməməsini məhkəmədən xahiş edirəm.

Məhkəmə vəsatəti təmin edib.

Vəkil Asim Abbasov məsələyə rəy verən ekspert Almaz Bayramovanın da prosesə çağırılması üçün vəsatət verib.
Məhkəmə vəsatətin baxılmasının təxirə salınması ilə bağlı qərar qəbul edib.

Növbəti məhkəmə prosesi oktyabrın 16-na təxir edilib.

Xatırladaq ki, İsfəndiyar Axundovu “Proqress 2016” MTK-nın həbsdə olan rəhbəri Emil Səməndərov məhkəməyə verib. Buna əsas kimi Axundovun onu yekun məhkəmə qərarı olmadan dələduz adlandırmasını göstərib.

Buna görə də İ. Axundov barəsində Cinayət Məcəlləsinin 147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittiham qaydasında şikayət edilib. Xüsusi ittihamçı İsfəndiyar Axundovun qeyd olunan maddələrin sanksiyası həddində azadlıqdan məhrum edilməsini istəyir.

Chosen
28
5
teleqraf.com

10Sources