EN

Uşaqlarda ayaq və oynaq ağrıları: “Səbəb boy artımı deyil”

Müəyyən bir yaş həddinə çatdıqda uşaqlarda ayaqlarda, qollarda və xüsusilə oynaq hissələrində ağrılar müşahidə oluna bilər. Bu zaman valideynlər nə edəcəklərini bilmirlər və çox vaxt bu ağrıların səbəbini övladlarının inkişafı ilə əlaqələndirməyərək, başqa səbəblər axtarmağa başlayırlar.

AzEdu.az-a mövzu ilə bağlı pediatr Günay Rəsulova danışıb. 

O qeyd edib ki, bu ağrıların əslində böyümə prosesi ilə bir əlaqəsi yoxdur:

"Uşaqları gecə yuxudan oyadan, 20 dəqiqəyə qədər davam edən, əsasən bud, baldır, diz çevrəsində olan, massajla, teskinliklə, bir az rahatlatmaqla keçən ağrılardır. Əsasən 3-6 yaş arası olur. Bu ağrıların əslində böyümə prosesi ilə bir əlaqəsi yoxdur. Böyük ehtimal aşırı hərəkətli bir günün sonunda əzələ yorğunluğuna bağlı olan ağrılardır".

Bu ağrıları onlara “böyümə ağrısı” kimi də açıqlamayın:

"Uşaqlara çox hərəkət etdiyi üçün ağrıdığını söyləmək olmaz, yoxsa oyun oynamaqdan qorxaraq, fiziki hərəkətlərdən yayına bilər. Bu ağrıları onlara “böyümə ağrısı” kimi də açıqlamayın, böyüməkdən qorxmalarına hətta yeməkdən kəsilmələrinə səbəb ola bilər.

Ayaqda ağrılar gün boyu da davam edir, sadəcə bir ayaqda ağrı varsa, topallama, axsama, yeriməkdə çətinlik, ağrı yerində şişkinlik, hərarət, qızarıqlıq varsa, bu ağrılar ağrıkəsici tələb edəcək qədər güclü və 3 yaşdan erkən başlamışsa mütləq həkim müayinəsi edilməli, altda yatan ola biləcək ciddi xəstəliklər inkar edilməlidir".

Chosen
20
azedu.az

1Sources