EN

Böyrək daşları bu səbəbdən yaranırmış

Beynəlxalq tədqiqatçılar qrupu müəyyən edib ki, qeyri-müntəzəm iş qrafikinə malik insanlarda böyrək daşlarının əmələ gəlmə riski 15% daha yüksəkdir. Xüsusilə bu risk gənc işçilərdə və az hərəkətli insanlarda daha çox müşahidə olunur. Araşdırma nüfuzlu Mayo Clinic Proceedings (MCP) jurnalında dərc olunub.

E-saglam.az xəbər verir ki, beynəlxalq tədqiqatçılar qrupu müəyyən edib ki, qeyri-müntəzəm iş qrafikinə malik insanlarda böyrək daşlarının əmələ gəlmə riski 15% daha yüksəkdir.

Xüsusilə bu risk gənc işçilərdə və az hərəkətli insanlarda daha çox müşahidə olunur. Araşdırma nüfuzlu Mayo Clinic Proceedings (MCP) jurnalında dərc olunub.

Alimlər Britaniya Biobankının 220 mindən çox iştirakçısının məlumatlarını təhlil ediblər. Təxminən 14 illik müşahidələrin nəticəsi göstərib ki, gecə və növbəli iş qrafiki orqanizmin sirkadiyalı ritmlərini pozur. Bu isə maddələr mübadiləsinə, hormonal tarazlığa və ümumi həyat tərzinə təsir göstərərək su balansını idarə edən sistemlərin fəaliyyətini dəyişir. Nəticədə böyrək daşlarının formalaşması ehtimalı artır.

Əlavə olaraq, siqaret çəkmək, artıq çəki, yuxu çatışmazlığı və kifayət qədər maye qəbul etməmək də riskin yüksəlməsinə səbəb olan amillər kimi göstərilir. Maraqlıdır ki, uzun müddət növbəli işdə çalışanlarda bu risk nisbətən az olub. Tədqiqatçılar bunu orqanizmin müəyyən adaptasiya mexanizmləri ilə əlaqələndirirlər.

Mütəxəssislər vurğulayırlar ki, böyrək daşı xəstəliyi ən çox rast gəlinən, eyni zamanda qarşısı alına bilən uroloji problemlərdən biridir. Bu xəstəlik yalnız şiddətli ağrılar və xəstəxanaya yerləşdirmə ehtiyacı ilə deyil, həm də ürək-damar xəstəlikləri və xroniki böyrək çatışmazlığı riskinin artması ilə bağlıdır.

Tərcümə: Nəzrin Abbas

E-saglam.az

Chosen
17
e-saglam.az

1Sources