EN

“Şərur MTK”nın sahibi barəsində verilən şikayət üzrə növbəti məhkəmə keçirilib

Bakı. Trend:

“Şərur MTK”nın sahibi İsfəndiyar Axundovun (“Şərurluİsfəndiyar”) barəsində xüsusi ittiham qaydasında verilən şikayətüzrə məhkəmə prosesi davam etdirilib.

Trend xəbərverir ki, Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə ekspertizarəyi elan edilib.

Ekspertiza rəyində göstərilib ki, İsfəndiyar Axundovmüsahibələrində Emil Səməndərovun ünvanına şərəf və layəqətialçaldan təhqir formalı, ritolika, təsdiq verən sözlərdən istifadəedib. Lakin nalayiq ifadələrə rast gəlinmir.

İsfəndiyar Axundovun vəkilləri ekspertizanın rəyinə etiraz edibvə rəyin ziddiyyətli olduğunu bildirib.

Vəkil bunu əsas gətirərək AMEA-nın Dilçilik İnstitutunalinqvistik ekspertizaya göndərilməsi barədə vəsatət verib.

Emil Səməndərovun vəkili vəsatətin təmin olunmamasınıistəyib.

Məhkəmə vəsatəti təmin edib.

Daha sonra vəkil Asim Abbasov vəsatət verib.

Ədliyyə Nazirliyinin Məhkəmə Ekpertiza Mərkəzinin eksperti AlmazBayramovanın məhkəyə çağrılmasını istəyib.

Məhkəmə vəsatətin baxılmasını təxirə salıb.

Məhkəmənin növbəti prosesi 16 oktyabra təyin edilib.

Qeyd edək ki, İsfəndiyar Axundov barəsində Cinayət Məcəlləsinin147.2-ci (böhtan) və 148-ci (təhqir) maddələri üzrə xüsusi ittihamqaydasında şikayət edilib. Xüsusi ittiham qaydasında “Proqress2016” MTK-nın rəhbəri Emil Səməndərov şikayət edib. İttihama görə,İ. Axundov müsahibələrindən birində E. Səməndərovu dələduz kimitəqdim edib.

Məqalədə:
Chosen
28
11
az.trend.az

10Sources