EN

"ABŞ narkotik kartelləri ilə silahlı münaqişə vəziyyətindədir"

ABŞ prezidenti Donald Tramp ölkənin narkotik kartelləri ilə silahlı münaqişə vəziyyətində olduğunu bəyan edib. 

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, narkokartellərə qarşı aparılan kampaniyaya verilən yeni status daha əvvəl Karib dənizində gəmilərə endirilmiş zərbələr üçün hüquqi əsas rolunu oynayacaq.

Tramp bəyan edib ki, kartel nümayəndələrinin fəaliyyəti ABŞ-ə qarşı silahlı hücum kimi qiymətləndiriləcək, qaçaqmalçılar isə qeyri-qanuni kombatant (döyüşçü) hesab olunacaqlar.

ABŞ Hərbi Dəniz Qüvvələri Karib dənizində ümumilikdə 14 nəfərlik heyəti olan və guya Venesueladan narkotik daşıyan ən azı iki sürətli qayıqı məhv edib. Tramp 23 sentyabrda BMT Baş Assambleyasının 80-ci sessiyasında çıxışı zamanı bildirib ki, ABŞ Venesuela narkokartelləri ilə əlaqəli olduğu iddia edilən gəmilərə zərbələr endirməyə davam edəcək.

Chosen
63
24
operativmm.az

10Sources