EN

“Ov“ – “yev”dən imtina edən deputatlar – SİYAHIDA KİMLƏR VAR?

Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra, ictimaiyyətdə tez-tez müzakirə olunan məsələlərdən biri də soyad sonluqlarının dəyişdirilməsidir. Qanunvericiliyə görə, 18 yaşına çatdıqdan sonra hər bir Azərbaycan vətəndaşı öz adını, ata adını və soyadını dəyişdirə bilər. Müşahidələr onu göstərir ki, son illər vətəndaşlar arasında sovet dövründən qalma “ov” – “yev” soyad sonluqlarının milli sonluqlarla əvəzlənməsi prosesi gedir. Sözügedən məsələ bir neçə dəfə Milli Məclisdə də müzakirə olunub. Amma deputatlar arasında da soyadını milliləşdirməyənlər hazırda çoxluq təşkil edir.

KONKRET.az yenisabah-a istinadən xəbər verir ki ki, parlamentin 125 üzvündən yalnız 22 nəfəri “ov” – “yev” soyad sonluğundan imtina edib.

Bundan başqa, 11 deputat “zadə” soyad sonluğunu daşıyır.

Soyadını milliləşdirənlər

Günay Ağamalı;

Səyyad Aran;

Nigar Arpadarai;

Polad Bülbüloğlu;

Əli Hüseynli;

Ramil Həsən;

Fəzail İbrahimli;

Məlahət İbrahimqızı;

Azər Kərimli;

Mircəlil Qasımlı;

Musa Qasımlı;

Mübariz Qurbanlı;

Erkin Qədirli;

Tahir Mirkişili;

Elçin Mirzəbəyli;

Fazil Mustafa;

Müşfiq Məmmədli;

Əli Məsimli;

Zahid Oruc;

Tənzilə Rüstəmxanlı;

Mahir Süleymanlı;

Fatma Yıldırım.

 “Zadə”lər

Əminə Ağazadə;

Arzuxan Əlizadə;

Ziyad Səmədzadə;

Şahin Seyidzadə;

Cavanşir Paşazadə;

Əlibala Məhərrəmzadə;

Vüqar Rəhimzadə;

Asim Mollazadə;

Aydın Mirzəzadə;

Fariz İsmayılzadə;

Pərvin Kərimzadə;

Soyad sonluğunu dəyişməyən deputatlar

Aqil Abbasov, Ülviyyə Ağayeva, Elnarə Akimova, Sahib Əliyev, Azər Allahverənov, Novruzəli Aslanov, Azər Badamov, Kamran Bayramov, Vüqar Bayramov, Bədəl Bədəlov, Kamal Cəfərov, Müşfiq Cəfərov, Tamam Cəfərova, Məzahir Əfəndiyev, Günah Əfəndiyeva, Əli Əhmədov, Bəxtiyar Əliyev, Jale Əliyeva, Əziz Ələkbərov, Azər Əmiraslanov, Əhliman Əmiraslanov, Asif Əsgərov, Ziyafət Əsgərov, Heydər Əsədov, Cavanşir Feyziyev, Xanlar Fətiyev, Sevinc Fətəliyeva, Tural Gəncəliyev, Sabir Hacıyev, Aydın Hüseynov, Rafael Hüseynov, Hicran Hüseynova, Sevinc Hüseynova, Naqif Həmzəyev, Ülviyyə Həmzəyeva, Malik Həsənov, Nurlan Həsənov, Afət Həsənova, Qüdrət Həsənquliyev, Səbinə Xasayeva, Eldar İbrahimov, Anar İsgəndərov, Vüqar İskəndərov, İmamverdi İsmayılov, Şahin İsmayılov, Kəmaləddin Qafarov, Vasif Qafarov, Sahibə Qafarova, Azay Quliyev, Eldar Quliyev, Musa Quliyev, Ülvi Quliyev, Eyvaz Qurbanov, Sadiq Qurbanov, Göydəniz Qəhrəmanov, Rəşad Mahmudov, Sevil Mikayılova, Səttar Möhbalıyev, Rövşən Muradov, Rasim Musabəyov, Elşad Musayev, Elşən Musayev, Nəsib Məhəməliyev, Bəhruz Məhərrəmov, Anar Məmmədov, Ceyhun Məmmədov, Elman Məmmədov, Hikmət Məmmədov, İlham Məmmədov, Məşhur Məmmədov, Qaya Məmmədov, Soltan Məmmədov, Nigar Məmmədova, Arzu Nağıyev, Ramid Namazov, Siyavuş Novruzov, Razi Nurullayev, Könül Nurullayeva, Rizvan Nəbiyev, Elman Nəsirov, Gülşən Paşayeva, Tahir Rzayev, Səbinə Salmanova, Səməd Seyidov, Zaur Şükürov, Nizami Səfərov, Ağalar Vəliyev, Samir Vəliyev, Mehriban Vəliyeva, Pərvanə Vəliyeva.

Maraqlıdır ki, tanınmış yazıçı və jurnalist, deputat Aqil Abbas da soyadını indiyədək milliləşdirməyib. Milli Məclisin saytında onun soyadı Abbasov olaraq qeyd edilib. Baxmayaraq ki, Azərbaycanda hamı onu Aqil Abbas kimi tanıyır.

O, “Yeni Sabah”a açıqlamasında bildirib ki, daha əvvəl soyad sonluğunu dəyişsə də, həmin şəxsiyyət vəsiqəsini itirib:

“Mən daha əvvəl soyad sonluğunu dəyişmişdim. Sonra həmin şəxsiyyət vəsiqəsini itirdim. Ona görə də indi soyadım Abbasovdur. Bu şəxsi seçimdir, kim istəyər dəyişər, kim istəyər dəyişməz. Kiməsə bunu məcbur etmək gülüncdür. Mənim nəvələrimin hamısı soyadı sonluğunu dəyişib. Mənim 72 yaşım var, indidən sonra soyad sonluğumu dəyişib nə edəcəm? Məni hamı elə Aqil Abbas kimi tanıyır”.

Xatırladaq ki, Milli Məclisin 2 deputatı – Mixail Zabelin rus, Anatoliy Rafailov isə yəhudiəsillidir.

Chosen
11
4
konkret.az

5Sources