EN

İstanbulla bağlı HƏYƏCAN TƏBİLİ – Su ehtiyatları sürətlə TÜKƏNİR

İstanbulun su anbarlarında ehtiyat səviyyəsi 28 faizdən aşağı enib. Hesablamalara görə, yağıntı olmadığı halda bu həcmin cəmi 75 gün kifayət edəcəyi bildirilir.

Bizim.Media xəbər verir ki, bu barədə İstanbul Su və Kanalizasiya İdarəsi (İSKİ) məlumat yayıb. 

Belə ki, şəhəri təmin edən su anbarlarının doluluq səviyyəsi hazırda 27,8 faizdir.
 

Bu, son on ildə qeydə alınan ən aşağı göstəricilərdən biridir. Yalnız 2023-cü ildə vəziyyət daha kritik olmuşdu. Həmin dövrdə anbarların doluluğu 16 faizə qədər düşmüşdü.


Qeyd edək ki, aprel ayında İstanbulda su ehtiyatlarının doluluq həcmi 80 faizə bərabər idi. Həmin vaxtdan etibarən davamlı olaraq azalan ehtiyatlar hazırki 27,8 faiz həddinə qədər enib.

Bizim.Media

Chosen
40
1
bizim.media

2Sources